Tailand səfiri: “Ölkəmizlə Azərbaycan arasında viza məsələləri sadələşdiriləcək” - EKSKLÜZİV

Tailand səfiri: “Ölkəmizlə Azərbaycan arasında viza məsələləri sadələşdiriləcək” - EKSKLÜZİV “Tailandla Azərbaycan arasında viza məsələləri sadələşdiriləcək”.
Xarici siyasət
6 Dekabr , 2023 00:43
Tailand səfiri: “Ölkəmizlə Azərbaycan arasında viza məsələləri sadələşdiriləcək” - EKSKLÜZİV

“Tailandla Azərbaycan arasında viza məsələləri sadələşdiriləcək”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Tailandın Azərbaycan və Türkiyədəki səfiri Apirat Suqondhabhirom bildirib.

Səfir deyib ki, Azərbaycanla Tailandın əlaqələrinin inkişafı üçün fəaliyyətlər davam edir. Bura iki ölkə arasında turizmin inkişafı üçün viza məsələlərinin sadələşdirilməsi də daxildir: “Yaxın günlərdə buna nail olacağıq. Çünki azərbaycanlı turistlərin Tailanda səyahət etmə potensialı artıb. Müvafiq orqanlarımız azərbaycanlı turistlərin Tailanda səfərini Ankara üzərindən deyil, sərhəddə qapı vizası (“VoA”-red) ilə müraciət yoluyla həlli ilə məşğuldur”.

Qeyd edək ki, dekabrın 5-də Türkiyənin paytaxtı Ankarada Tailandın Milli Günü qeyd edilib. Tədbirə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri də qatılıb.

Son xəbərlər

Orphus sistemi