Səfirlik: "ABŞ 1993-cü ildən bəri minaların məhvinə 4 mlrd dollar ayırıb"

Xarici siyasət
  • 01 aprel, 2022
  • 13:05
Səfirlik: ABŞ 1993-cü ildən bəri minaların məhvinə 4 mlrd dollar ayırıb

“ABŞ 1993-cü ildən bəri 100-dən çox ölkəyə mina və partlamamış hərbi sursatların məhvi üçün 4 mlrd dollardan çox sərmayə yatırıb”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Beləliklə, ABŞ adi silahların məhv edilməsinə görə dünyada yeganə ən böyük maliyyə dəstəkçisidir”, - diplomatik nümayəndəliyin tviter hesabında qeyd olunub.