Səfir: "Azərbaycan və Yaponiya arasında güclü əməkdaşlıq qurulub"

Səfir: "Azərbaycan və Yaponiya arasında güclü əməkdaşlıq qurulub" "Azərbaycan ilə Yaponiya arasında güclü əməkdaşlıq qurulub".
Xarici siyasət
7 Sentyabr , 2022 19:54
Səfir: Azərbaycan və Yaponiya arasında güclü əməkdaşlıq qurulub

"Azərbaycan ilə Yaponiya arasında güclü əməkdaşlıq qurulub".

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərək bildirib.

Səfir deyib ki, ötən 30 il ərzində Yaponiya Azərbaycanla birgə çoxsaylı layihələr həyata keçirib.

Vada vurğulayıb ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün kifayət qədər əsaslar mövcuddur.

O, gələcəkdə Tokio ilə Bakı arasında birbaşa aviareysin açılması, kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin iki ölkə arasındakı əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

"Ölkələrimiz arasında regionlararası əlaqələrin daha da genişləndirmək potensialı var", - Cuniçi Vada qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev öz növbəsində əlavə edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Yaponiya ilə bir çox sahələrdə sıx əməkdaşlıq edən ölkələrdən olub.

Nazir, həmçinin bu il Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasının keçirilməsinin vacibliyini söyləyib.

Hazırda Qarabağın yaşıl enerji zonasına çevrilməsi üzrə işlər aparıldığını qeyd edən nazir bu işlərə Yaponiyanın şirkətlərinin cəlb olunmasının vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi