“Hazırda Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün fəal iş aparılır”.
“Report” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov Azərbaycan-Özbəkistan əlaqələrinə və Özbəkistanda keçirilmiş növbədənkənar prezident seçkisinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.
“Ötən il Özbəkistan Azərbaycan Prezidenti İlham Əliyevi üç dəfə qəbul edib. Belə intensiv görüşlərin nəticəsi yeni əməkdaşlıq mexanizmlərinin, yəni regionlararası əməkdaşlığın qurulması olub”, - o vurğulayıb.
Diplomatın sözlərinə görə, ikitərəfli münasibətlərdə bu ilin də səmərəli keçəcəyi gözlənilir: “Bu məqsədə nail olmaq üçün ilk addım Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qoşulmama Hərəkatının sammitində iştirakı ilə atılıb”.