Səfir: “Fransanın Ermənistanı silahlandırması sülh sazişinə xələl gətirir"

Səfir: “Fransanın Ermənistanı silahlandırması sülh sazişinə xələl gətirir" Fransanın Ermənistana silah tədarükü Parisin yürütdüyü siyasətin uzaqgörən olmadığından xəbər verir. Üstəlik, Azərbaycanla Ermənistan arasında sülh prosesinə də xələl gətirir.
Xarici siyasət
19 Yanvar , 2024 12:22
Səfir: “Fransanın Ermənistanı silahlandırması sülh sazişinə xələl gətirir

Fransanın Ermənistana silah tədarükü rəsmi Parisin yürütdüyü siyasətin uzaqgörən olmadığından xəbər verir. Üstəlik, Azərbaycanla Ermənistan arasında sülh prosesinə də xələl gətirir.

"Report" “RedaktionsNetzwerk Deutschland” (RND) saytına istinadən xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev deyib.

"Biz bu siyasəti çox uzaqgörən olmadığını hesab edirik. Fransa yeni müharibəyə kömək etməkdənsə, Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməlidir", - o qeyd edib.

Səfirin sözlərinə görə, Fransanın Avropa maraqlarını daxili siyasi maraqlar naminə qurban verməsi ağlabatan və praqmatik deyil.

Materialda vurğulanıb ki, Fransanın Ermənistanla həmrəy olmasının səbəbi odur ki, bu ölkədə 600 minlik erməni diasporu yaşayır: “Erməni icması yaxşı təşkilatlanmış və nüfuzlu hesab olunur. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin böyük bir hissəsini 2020-ci ildə geri qaytardığı 44 günlük müharibədən sonra Fransa da açıq şəkildə Azərbaycandan uzaqlaşıb. Həmin vaxtdan iki ölkə arasında gərginlik var”.

Səfir xatırladıb ki, bu yaxınlarda Fransa Senatı yenidən Azərbaycan əleyhinə qətnamə qəbul edib: “Biz bunu ədalətsiz hesab edirik. Bu beynəlxalq hüquqa uyğun deyil”.

Son xəbərlər

Orphus sistemi