Bakı. 1 dekabr. REPORT.AZ/ "ABŞ Azərbaycanın "Asiyanın qəlbi" - İstanbul prosesində davam edən mühüm rolunu alqışlayır".
Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
"Bildiyiniz kimi, Azərbaycan sülhməramlıları ABŞ və NATO qüvvələri ilə çiyin-çiyinə Əfqanıstanda xidmət edir. ABŞ Azərbaycanın sülh və təhlükəsizliyə yardım məsələsinə verdiyi töhfələri yüksək qiymətləndirir", - deyə R.Sekuta bildirib.
ABŞ səfiri Azərbaycan Prezidenti İlham Əliyevin "Asiyanın qəlbi" - İstanbul prosesinin təşviqinə verdiyi töhfəni xüsusi qeyd edib: "Azərbaycan həm Əfqanıstanda, həm də bütün regionda təhlükəsizlik və sabitliyin təmin edilməsində daha da böyük rol oynamağa hazır olduğunu göstərir və başqa ölkələrin də prosesə qoşulmasını gözləyir".