Sabiq nazir: "İndi texniki işçilərin maaşı da 2003-cü ildəki səfirlərin əməkhaqqından çoxdur"
- 23 noyabr, 2023
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
“2003-cü ildə səfirlərin maaşı, dəqiq xatırladığım kimi, 2 361 ABŞ dolları idi. İndi isə hətta missiyalarımızda çalışan texniki işçilər bundan çox maaş alırlar”.
Bu fikirləri “Report”a müsahibəsində keçmiş xarici işlər naziri, Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev deyib.
O, XİN başçısı olduğu dövrdə cəmi 26 ölkədə və beynəlxalq təşkilat yanında Azərbaycan səfirliyi, yaxud nümayəndəliyinin fəaliyyət göstərdiyini bildirib: "Diplomatik missiyaların coğrafiyası, əsasən, MDB məkanını, Qərbi Avropanın, Yaxın və Orta Şərqin Azərbaycan üçün əhəmiyyətli olan ölkələrini, ABŞ-ni əhatə edirdi. İndi isə dünyanın beş qitəsində, bütün mühüm beynəlxalq təşkilatlar yanında Azərbaycanın 80-dən çox səfirlik və nümayəndiliyi, konsulluqları fəaliyyət göstərir. Təbii ki, bu missiyalarda çalışan əməkdaşların sayı da 2000-ci illərin əvvəli ilə müqayisədə 3-4 dəfə artıb. 2003-cü ildə səfirlərin maaşı, dəqiq xatırladığım kimi, 2361 ABŞ dolları idi. İndi isə missiyalarımızda çalışan texniki işçilər belə bundan çox maaş alırlar”.
Diplomat vurğulayıb ki, Xarici İşlər Nazirliyinin də ştat vahidi çoxalıb, maddi-texniki imkanları qat-qat artıb: “Səfirliklərimizin əksəriyyəti müasir ofis binaları ilə təmin edilib. Bütün bunlar isə diplomatlarımız qarşısında mühüm və ciddi vəzifələr qoyur. Zəhməti ən yüksək qiymətləndirilənlərin işi və əməyi də buna müvafiq olmalıdır”.
Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.