Rusiyalı ekspert: "Azərbaycan Qoşulmama Hərəkatının nüfuzunu qaldırıb"

Rusiyalı ekspert: "Azərbaycan Qoşulmama Hərəkatının nüfuzunu qaldırıb" Qoşulmama Hərəkatı hər hansı hərbi bloklara qoşulmayan, müstəqil siyasət yeridən ölkələri birləşdirən nüfuzlu, güclü təşkilatdır.
Xarici siyasət
13 İyul , 2021 15:43
Rusiyalı ekspert: Azərbaycan Qoşulmama Hərəkatının nüfuzunu qaldırıb
İqor Korotçenko

“Qoşulmama Hərəkatı hər hansı hərbi bloklara qoşulmayan, müstəqil siyasət yeridən ölkələri birləşdirən nüfuzlu, güclü təşkilatdır. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi də Bakının müasir siyasi mərkəzlərdən biri kimi nüfuzunun, hörmətinin təsdiqidir”.

Bu fikirləri “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

Onun fikrincə, İkinci Qarabağ müharibəsində qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycan bu gün dünya boyu nüfuzunu xeyli artırıb: “Hazırda azad edilmiş ərazilərdə bərpa işləri görülür. Böyük nüfuza, gücə malik Azərbaycan müstəqil siyasət yürüdərək kimlərdənsə icazə almır. Belə ölkələr azdır. Məhz ona görə də Azərbaycan bu gün Qoşulmama Hərəkatının başında duraraq bu təşkilatın nüfuzunu artırmağı bacarıb”.

Son xəbərlər

Orphus sistemi