Rusiya XİN Laçın yolundakı son vəziyyətə münasibət bildirib

Rusiya XİN Laçın yolundakı son vəziyyətə münasibət bildirib “Biz bu il oktyabrın 31-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi zirvə görüşündə qeyd edildiyi kimi, ərazidə təhlükəsizliyin təmin edilməsinə əsas töhfəni Rusiya sülhməramlıları verir”.
Xarici siyasət
30 Dekabr , 2022 17:38
Rusiya XİN Laçın yolundakı son vəziyyətə münasibət bildirib

“Biz bu il oktyabrın 31-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi zirvə görüşündə qeyd edildiyi kimi, ərazidə təhlükəsizliyin təmin edilməsinə əsas töhfəni Rusiya sülhməramlıları verir”.

“Report”un xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan-Ermənistan münasibətləri və sülhməramlılarla bağlı sualı şərh edərkən bildirib.

O, Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılara qarşı istənilən açıq hücum və təxribatı qəbuledilməz, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə ciddi ziyan vuran məqsədyönlü hərəkətlər hesab etdiklərini vurğulayıb.

“Biz Bakı və İrəvanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün müddəalarına ciddi əməl etməyə çağırırıq”, - M.Zaxarova deyib.

O, Laçın yolundan yalnız bu sənəddə göstərilən məqsədlər üçün istifadə olunmasının vacibliyini qeyd edib: “Ümidvarıq ki, tərəflər regionda filiz yataqlarının işlənməsinə dair razılığa gələcəklər”.

XİN rəsmisi regionda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınmamasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına, ekspertlər, hər iki ölkənin parlamentariləri, ictimai xadimləri arasında əlaqələrin qurulmasına yönəlmiş bütün üçtərəfli sazişlərin ən yüksək səviyyədə hərtərəfli həyata keçirilməsinə tərəfdar olduqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi