Rusiya nəqliyyat nazirinin müavini: “Heydər Əliyevin səyləri nəticəsində təkcə dəmir yolları deyil, həm də şəhərlər salınıb”
- 27 aprel, 2023
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
“Heydər Əliyev doğma ölkəsinin çiçəklənməsi və inkişafı üçün çalışıb”.
"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya nəqliyyat nazirinin müavini Valentin İvanov Moskvada “Heydər Əliyevin Baykal-Amur magistral xəttinin tikintisində müstəsna rolu” mövzusunda keçirilən tədbirdə deyib.
O xatırladıb ki, bu il Azərbaycan SSRİ-nin rəhbəri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur: "O, həm də Baykal-Amur magistralının tikintisinə rəhbərlik edən şəxslərdən biri olub. Heydər Əliyevin səyləri nəticəsində minlərlə kilometr dəmir yolu xətti çəkilib, yeni qəsəbələr və şəhərlər salınıb”.
"Bu gün BAM və “Trans-Sibir” həyat yollarıdır. Onlar aktiv inkişaf edir və 100 faiz istifadə olunur. Biz BAM-ı inkişaf etdirməyə davam edəcəyik", - nazir müavini bildirib.
O, həmçinin BAM-ın inşaatçılarına və təşkilatçılarına minnətdarlığını ifadə edib.