“Nüvə sınaqları və nüvə silahlarından azad dünya yaratmaq öz əlimizdədir”.
“Report” xəbər verir ki, bunu Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının (NSHQM) icraçı katibi Robert Floyd “X” hesabında yazıb.
“Gəlin, Nüvə Sınaqlarına Qarşı Beynəlxalq Mübarizə Günündə dünyanı daha təhlükəsiz yerə çevirmək fürsətindən istifadə edək və “Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında” Müqavilənin qüvvəyə minməsinin tərəfdarı olaq”, - o əlavə edib.