Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat yayıb

Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat yayıb Qvadelupun Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat yayıb.
Xarici siyasət
25 Oktyabr , 2024 17:44
Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat yayıb

Qvadelupanın Azadlığı naminə Xalq Birliyi (UPLG) Fransanın insan hüquqlarına zidd təcrübələrini pisləyib, beynəlxalq ictimaiyyətə çağırış edib.

"Report" xəbər verir ki, bu barədə UPLG-nin Bakıdan yaydığı Fransanı qınayan bəyanatda deyilir.

Sənəddə "Fransa polisinin UPLG və onun Baş katibinə qarşı təhdid və qorxutma cəhdlərinə YOX!" - deyə, bildirilib.

Bəyanatda qeyd edilib ki, Qvadelupanın Azadlığı naminə Xalq Birliyi (UPLG), 2024-cü il oktyabrın 23-də BMT-nin Cenevrə qərargahında keçirilən missiyadan qayıdarkən, Baş katibi Jan-Jakob BICEP-in Parisin Şarl de Qol hava limanında həbs edilməsi və sərhəddə saxlanılması ilə bağlı narazılığını ifadə edir:

"Sözügedən tədbirdə Fransa nəzarətində olan ərazilərdə insan hüquqlarının pozulma halları müzakirə edilib.

Bundan əvvəl, Baş katib ABŞ-də BMT qərargahına səfər etməyi planlaşdırarkən, Martinikdən keçdikdən sonra ABŞ ərazisinə girişinə qadağa qoyulduğuna görə səyahətini davam etdirə bilməmişdi.

UPLG insan hüquqlarına zidd olan bu təcrübələri pisləyir və beynəlxalq ictimaiyyəti ölkəsində baş verənlərdən xəbərdar etməyə davam edəcəyini bəyan edir. Həmçinin, təşkilat özünün öz müqəddəratını təyinetmə və milli müstəqillik hüququnun tanınmasını tələb edir".

Qvadelupanın Azadlığı naminə Xalq Birliyi qeyd edib ki, köləlik əsarətinə qarşı mübarizə aparmış Delqres, Palerm, Massoto, Kuduks, Mart-Ros, Solitüd və digər qəhrəmanlar kimi, tam azadlığa nail olana qədər mübarizəni davam etdirəcək:

"UPLG Qvadelupa xalqını və bütün vətənpərvər və müstəmləkəçiliyə qarşı mübarizə aparan qüvvələri, tam suverenlik və müstəqillik hüquqlarını müdafiə edənlərin səsini boğmağa yönələn bu cür hərəkətləri qınamağa çağırır.

Azad və müstəqil Qvadelupaya eşq olsun! Biz qalib gələcəyik!"

Son xəbərlər

Orphus sistemi