Prezident İlham Əliyev San-Marino Respublikasının rəhbərlərini təbrik edib

Xarici siyasət
  • 02 sentyabr, 2016
  • 14:00
Prezident İlham Əliyev San-Marino Respublikasının rəhbərlərini təbrik edib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Can Nikola Bertiyə və Massimo Andrea Uqoliniyə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, dövlət başçısının məktubunda deyilir: 

"Zati-aliləri, 

Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost San-Marino xalqına daim sülh və rifah diləyirəm."

44 filmi