Bakı. 3 May. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti
"Report"un xəbərinə görə, nazir Mohammad İshaq Dar Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Ermənistan-Azərbaycan,
Mohammad İshaq Dar Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri,
Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızın da bu səviyyəyə çatdırılmasının önəmini qeyd etdi. Pakistan Prezidentinin ölkəmizə səfərini və onunla keçirdiyi müxtəlif görüşləri məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüşlər zamanı ölkələrimiz arasında maliyyə, iqtisadiyyat, investisiya qoyuluşu və digər sahələrlə bağlı məsələləri müzakirə etdiklərini vurğulayaraq ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd etdi.
Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının da yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Xocalı soyqırımı ilə bağlı Pakistan parlamentində qəbul edilən qətnaməyə görə təşəkkürünü bildirdi.
Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.