Prezident İlham Əliyev Kamerunun dövlət başçısına təbrik məktubu göndərib

Xarici siyasət
  • 20 may, 2015
  • 13:53
Prezident İlham Əliyev Kamerunun dövlət başçısına təbrik məktubu göndərib

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Kamerun Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kamerun xalqına əmin-amanlıq və rifah diləyirəm".