"Azərbaycan ilə Rusiya arasında müttəfiqlik əməkdaşlığına dair Bəyannamənin imzalanması postsovet məkanındakı iki ölkənin misli görünməmiş dərəcədə yaxınlaşması hadisəsidir".
Bunu “Report”un Rusiya bürosuna politoloq, jurnalist, televiziya aparıcısı, ictimai xadim Maksim Şevçenko bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı Bəyannamə tarixi sənəddir və iki ölkənin bundan sonra da əməkdaşlığı davam etdirməyə və artırmağa hazır olduqlarını göstərir.
O, bu Bəyannamənin Azərbaycan ilə Rusiya arasında mövcud münasibətlərin məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb: "Bu sənəd xalqlarımız arasında böyük bir dostluğun məntiqi nəticəsidir. Rusiya Prezidenti ölkəsindəki ciddi lobbi olmasına baxmayaraq mövqeyini çox aydın ifadə edərək Qarabağın Azərbaycan olduğunu bildirib”.
Xatırladaq ki, bu il fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin müttəfiqlik fəaliyyətinə dair Bəyannamə imzalıayıblar. Bu sənəddə müxtəlif sahələri əhatə edən 40-dan çox bənd var.