Pakistan səfirliyi Bakıda Kəşmir Həmrəylik Gününə həsr olunmuş sərgi təşkil edib

Pakistan səfirliyi Bakıda Kəşmir Həmrəylik Gününə həsr olunmuş sərgi təşkil edib Pakistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda Kəşmir Həmrəylik Gününə həsr olunmuş sərgi keçirilib.
Xarici siyasət
5 Fevral , 2022 17:01
Pakistan səfirliyi Bakıda Kəşmir Həmrəylik Gününə həsr olunmuş sərgi təşkil edib

Pakistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda Kəşmir Həmrəylik Gününə həsr olunmuş sərgi keçirilib.

“Report” xəbər verir ki, sərginin açılığında Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iştirak edib.

Hər il fevralın 5-i Pakistanda, işğal altında olan Cammu və Kəşmir xalqı ilə Həmrəylik Günü qeyd olunur.

“Cammu və Kəşmir məsələsində dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Bu gün biz bütün zərər çəkmiş, zorakılığa məruz qalmış və həbs olunmuş şəxsləri yad edirik. Bu bizim üçün çox vacib gündür”, - səfir deyib.

B.Haye təəssüflə bildirib ki, dünya ictimaiyyəti gurultulu bəyanatlar səsləndirsə də, bu məsələnin həll edilməsi üçün heç bir fəal tədbir görmür. O, BMT qətnamələrinin kağız üzərində qaldığını, lakin Pakistanın hər zaman onları icra etməyə hazır olduğunu vurğulayıb.

Səfir diqqətə çatdırıb ki, Cammu və Kəşmirin tarixi qəm-qüssə ilə doludur.

Diplomat sonda tədbir iştirakçılarına Cammu və Kəşmirin işğalını və törətdiyi fəsadları əks etdirən fotosərgini təqdim edib.

Son xəbərlər

Orphus sistemi