Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir

Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana dövlət səfərinin nəticələrini hökumət üzvləri ilə müzakirə edir.
Xarici siyasət
4 mart 2025 12:29
Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir
Şahbaz Şərif

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana dövlət səfərinin nəticələrini hökumət üzvləri ilə müzakirə edir.

"Report"un məlumatına görə, bu barədə Pakistan hökumətinin X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

"Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycana son səfərinin nəticələri ilə bağlı icmal iclası keçirir", - iclasdan videogörüntülərlə müşayiət olunan məlumatda qeyd edilib.

Bildirilib ki, Şərifin Azərbaycana rəsmi səfəri 24-25 fevral tarixlərində baş tutub. Səfər çərçivəsində iki ölkə arasında neft, mayeləşdirilmiş təbii qaz və neft məhsullarının ticarəti sahəsində əməkdaşlığın inkişafını, Naxçıvan və Lahor şəhərləri arasında əməkdaşlığı əhatə edən beş sənəd mübadiləsi həyata keçirilib.

Bundan əlavə, gömrük əməkdaşlığı, kənd təsərrüfatı, ekologiya, təhsil və digər sahələrdə sazişlər imzalanıb.

Son xəbərlər

Orphus sistemi