Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Moldovada səsvermə başlayıb

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Moldovada səsvermə başlayıb Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Moldovada səsvermə başlayıb.
Xarici siyasət
7 Fevral , 2024 11:06
Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Moldovada səsvermə başlayıb

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Moldovada səsvermə başlayıb.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, bu ölkənin paytaxtı Kişineuda Azərbaycan səfirliyində yaradılan seçki məntəqəsi açılıb.

Məntəqədə 100 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır.

Məntəqədə sərbəst səsvermə üçün bütün şərait yaradılıb.

Müşahidəçilər prosesi izləyir.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi