Ermənistanın baş naziri Nikol Paşinyan Qranadada keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda bildirilib.
Vurğulanıb ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.
Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa İttifaqının sammiti çərçivəsində beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüş nəzərdə tutulurdu.
Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamaları fonunda Azərbaycan bu görüşdən imtina edib.