Niderlandın Azərbaycandakı yeni səfiri ölkələrarası münasibətlərin möhkəmlənməsinə töhfə verəcək
- 05 avqust, 2025
- 16:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderlandın Bakıdakı səfirliyi ümid edir ki, diplomatik missiyanın yeni rəhbəri Mariann de Yonq (Marianne De Jong) Azərbaycanla münasibətlərin möhkəmlənməsinə töhfə verəcək.
Bu barədə “Report” Niderlandın Bakıdakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Diplomatik nümayəndəlikdən qeyd ediblər ki, səfir Mariann de Yonq diplomatiya sahəsində 20 ildən çox iş təcrübəsinə malikdir.
"Mariann de Yonq, Niderlandın İspaniyadakı səfirliyində missiya rəhbərinin müavini vəzifəsində, həmçinin Haaqada və Niderlandın Avropa İttifaqı yanında Daimi Nümayəndəliyində rəhbər vəzifələrdə çalışıb. Səfirlik ümid edir ki, diplomatın rəhbərliyi altında Niderland Krallığı ilə Azərbaycan Respublikası arasında çoxillik dostluq və əməkdaşlıq əlaqələri möhkəmlənəcək", - məlumatda qeyd edilib.