Netanyahu: "İsrail Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır" - YENİLƏNİB

Netanyahu: "İsrail Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır" - YENİLƏNİB İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və onu səfirliyin açılması münasibətilə təbrik edib.
Xarici siyasət
29 Mart , 2023 23:33
Netanyahu: İsrail Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır - YENİLƏNİB

İsrail Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

"Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.

Netanyahu ilk öncə Azərbaycan Prezidenti İlham Əliyevə öz salamlarını çatdırmağı xahiş edib. Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Azərbaycanın İsraildə Səfirliyinin açılması münasibətilə təbriklərini çatdırıb. 

Nazir ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini məmnunluqla xatırlayıb və Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsinin münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun nümunəsi olduğunu vurğulayıb. 

Görüş zamanı, həmçinin Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərin hazırki səviyyəsi, münasibətlərin inkişafı perspektivləri, təhlükəsizlik, iqtisadi əlaqələr və digər sahələrdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.

22:04

İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və onu səfirliyin açılması münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, eləcə də regiondakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi