​Nazir Ramil Usubov Türkiyənin ordu generalını qəbul edib

​Nazir Ramil Usubov Türkiyənin ordu generalını qəbul edib Abdullah Atay ölkənin günü-gündən gözəlləşməsinin onun təsəvvür etdiyindən də artıq olmasından məmnunluğunu bildirib
Xarici siyasət
12 Noyabr , 2014 13:01
​Nazir Ramil Usubov Türkiyənin ordu generalını qəbul edib
Bakı. 12 noyabr. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Abdullah Atayın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə “Report”a Azərbaycan DİN-in mətbuat xidmətindən məlumat verilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ordu generalı Abdullah Atayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. R.Usubov Azərbaycanda ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, həmçinin Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayıb və bu səfərin də birgə əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycana ilk dəfə səfər etdiyini nəzərə çatdıran ordu generalı Abdullah Atay ölkənin dinamik inkişafının, günü-gündən gözəlləşməsinin onun təsəvvür etdiyindən də artıq olmasından məmnunluğunu bildirib.

Jandarm Qüvvələrinin Baş Komandanı iki ölkənin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, onun ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqların mənafelərinə xidmət edəcəyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi