Nazir müavini: Malayziya Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görür

Nazir müavini: Malayziya Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görür Azərbaycan və Malayziya arasında ticarət dövriyyəsinin artması ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın mövcudluğunu aydın şəkildə göstərir.
Xarici siyasət
18 aprel 2025 15:07
Nazir müavini: Malayziya Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görür

Azərbaycan və Malayziya arasında ticarət dövriyyəsinin artması ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın mövcudluğunu aydın şəkildə göstərir.

Bunu “Report”a müsahibəsində Malayziyanın xarici işlər nazirinin müavini Datuk Mohamad Alamin bildirib.

“2024-cü ildə Malayziya və Azərbaycan arasında ticarət dövriyyəsi yüksək göstəricilərə çatıb - Malayziyanın Azərbaycana ixracı 24,93 milyon dollar, idxalı isə 0,97 milyon dollar təşkil edib. Bu göstəricilər ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu təsdiqləyir. Malayziya Azərbaycanla ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş səylərə dəstək verməyə sadiq qalır”, - o bildirib.

Ölkələr arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün potensialın yüksək olduğu istiqamətlərə toxunan nazir müavini neft-qaz sektoru, bərpa olunan enerji mənbələri, turizm, təhsil, investisiyalar və bir sıra digər sahələri vurğulayıb.

Müsahibənin tam mətni ilə link vasitəsilə ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi