Moldova XİN: Kişineu Azərbaycanla əməkdaşlığı qiymətləndirir, dialoqun inkişafına ümid edir
- 28 may, 2025
- 09:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Moldova Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkələrdəki hesabında paylaşım edilib.
"Azərbaycan xalqını və hökumətini 28 May - Müstəqillik Günü münasibətilə səmimi təbrik edirik! Moldova ölkələrimiz arasındakı dostluq münasibətlərini və səmərəli əməkdaşlığı qiymətləndirir. Dialoqun davam etdirilməsinə və inkişafına ümid edir", - məlumatda vurğulanıb.
Warm congratulations to the people and Government of Azerbaijan on Independence Day! values the friendly relations and fruitful cooperation between our countries and looks forward to continued dialogue and development. pic.twitter.com/OrOVWr6dce
— MFA Moldova (@MoldovaMFA) May 28, 2025