Millət vəkili: "Bu gün Azərbaycan dünya və region üçün çox önəmli dövlətə çevrilib"

Millət vəkili: "Bu gün Azərbaycan dünya və region üçün çox önəmli dövlətə çevrilib" “Bu gün Azərbaycan dünya və region üçün çox önəmli dövlətə çevrilib. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri daha da güclənməkdədir. Nəzərə alsaq ki, hazırda regionda və dünyada çox mürəkkəb geosiyasi pros
Xarici siyasət
9 Mart , 2022 20:53
Millət vəkili: Bu gün Azərbaycan dünya və region üçün çox önəmli dövlətə çevrilib

“Bu gün Azərbaycan dünya və region üçün çox önəmli dövlətə çevrilib. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri daha da güclənməkdədir. Nəzərə alsaq ki, hazırda regionda və dünyada çox mürəkkəb geosiyasi proseslər baş verir, ölkəmizin dünya miqyasında nüfuzunun artması dövlətimizin başçısının düşünülmüş, praqmatik siyasətinin əyani göstəricisidir”.

Bu fikirləri "Report"a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycanın beynəlxalq arenada yeri və rolu getdikcə yüksəlir:

"Ümumiyyətlə, son dövrlərdə dünyanın aparıcı ölkələrinin rəhbərlərinin Prezident İlham Əliyevə məktubları, telefon zəngləri və görüşlər dövlətimizin başçısının dünyada böyük nüfuz sahibi olmasından xəbər verir".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət və etibarlı tərəfdaş olması dünya dövlətləri tərəfindən də etiraf edilir:

"Ölkəmizin əsas tərəfdaşlarından biri də Böyük Britaniyadır. Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun ölkəmizə səfəri əlaqələrimizin güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Baronessa Emma Nikolsonu qəbul edərkən Azərbaycan ilə Böyük Britaniya əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğulayıb. Böyük Britaniya Azərbaycanın əsas ticarət tərəfdaşı və iqtisadiyyatımıza ən böyük sərmayə qoyan ölkədir. Diplomatik münasibətlərimizin qurulduğu 30 il ərzində iqtisadi, ticarət əlaqələrimiz genişlənib, BP ölkəmizdə uğurla fəaliyyət göstərir. Dövlətimizin başçısı Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməsini, xüsusilə şəhərlərin planlaşdırılması, minalardan təmizləmə və digər sahələrdə uğurlu fəaliyyətini də qeyd edib".

Fatma Yıldırım
Fatma Yıldırım

“Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Ukrayna hadisələri fonunda NATO-nun Baş katibi Yens Stoltenberqin, Fransa Prezidenti Emmanuel Makronun, Rusiya Prezidenti Vladimir Putinin, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin dövlətimizin başçısına zəng etməsi, eləcə də böyük dövlətlərin başçılarının cənab Prezidentə məktub göndərməsi ölkəmizin regionda liderliyinin göstəricisidir. Onu da qeyd edim ki, Şuşa və Moskva bəyannamələri sayəsində Türkiyə və Rusiya kimi böyük dövlətlərlə müttəfiqlik münasibətlərinin qurulması ilə yanaşı, Avropa İttifaqının da ölkəmizə diqqəti artmaqdadır. Enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı ilə strateji xarakter alan münasibətlər hazırda keyfiyyətcə yeni müstəviyə yüksəlib. Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin milli maraqlarımıza əsaslanan siyasəti dövlətimizə yalnız uğurlar qazandırır. Bu gün dünyanı narahat edən qlobal problemlərin həllində Azərbaycanın mövqeyi nəzərə alınır. Bu da, ilk növbədə, Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinin məntiqi ifadəsidir”,- Fatma Yıldırım vurğulayıb.

Son xəbərlər

Orphus sistemi