​Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı səfirliyində olub

​Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı səfirliyində olub Əflatun Amaşov Azərbaycan mediasının da Türkiyənin legitim hakimiyyətini dəstəklədiyini bildirib
Xarici siyasət
20 İyul , 2016 18:16
​Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı səfirliyində olub

Bakı. 20 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Türkiyənin Azərbaycandakı səfirliyində olublar.

Bu barədə “Report”a Şuradan məlumat verilib.

Ə.Amaşov Türkiyədə dövlət çevrilişinə cəhd gedişində çoxsaylı insan tələfatı ilə müşaiyət olunan hadisələrdən təəsüfləndiyini bildirib, kədərini ifadə edərək başsağlığı verib. MŞ sədri Azərbaycan xalqı kimi, Azərbaycan mediasının da Türkiyənin legitim hakimiyyətini dəstəklədiyini bildirib, qardaş ölkənin dövlətçilik maraqlarının təhdid olunmasının yolverilməzliyini vurğulayıb.

Ə.Amaşov və Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Çoşkun Azərbaycan və Türkiyənin möhkəm təməllərə əsaslanan dostluq, qardaşlıq, strateji müttəfiqlik münasibətlərinin bugünkü durumu, həmçinin hər iki ölkə mediasının perspektiv əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıblar. 

Son xəbərlər

Orphus sistemi