Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib
Xarici siyasət
- 08 iyul, 2025
- 16:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın rəsmi orqanları Azərbaycan əleyhinə iddiaları təsdiqləmir.
“Report” “Donya-e-eqtesad” saytına istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, bəzi şayiələrin əksinə olaraq, İranın qonşu ölkələri ilə İsrail arasında hərbi əməkdaşlığı ölkəsinin təhlükəsizlik qurumları təsdiqləməyib.
Məsud Pezeşkian vurğulayıb ki, əksinə bir sıra ölkələr İrana yardım etmək istəyiblər.
Bir müddət əvvəl İranın bəzi KİV və təhlilçiləri İsrailin İrana zərbələr endirən zaman bölgə ölkələrinin, o cümlədən Azərbaycanın hava məkanından istifadə etdiyini iddia edirdilər.
Son xəbərlər
09:34
Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək
Digər ölkələr
09:34
AMB kredit riskləri ilə bağlı son qərarını şərh edib
Maliyyə
09:33
Azərbaycan neftinin qiyməti 131 dolları keçib
Energetika
09:20
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
Komanda
09:08
UEFA Çempionlar Liqası: II tura 9 oyunla start veriləcək
Futbol
09:00
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Futbol
08:58
Panamada baş verən zəlzələ altı mindən çox insana təsir edib
Digər ölkələr
08:50
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.10.2026)
Maliyyə
08:46
Foto
Video
Aeroport şosesində qəza baş verib, tıxac yaranıb
Hadisə