Mərakeş naziri Bakıda keçiriləcək beynəlxalq foruma dəvət olunub

Mərakeş naziri Bakıda keçiriləcək beynəlxalq foruma dəvət olunub Mərakeş naziri Adib Benbrahim Bakıda keçiriləcək beynəlxalq foruma dəvət olunub.
Xarici siyasət
8 Noyabr , 2024 03:11
Mərakeş naziri Bakıda keçiriləcək beynəlxalq foruma dəvət olunub

Mərakeş naziri Adib Benbrahim Bakıda keçiriləcək beynəlxalq foruma dəvət olunub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“WUF12 (Ümumdünya Şəhərsalma Forumu) çərçivəsində Mərakeş Krallığının nümayəndə heyətinin rəhbəri, Milli ərazi planlaşdırılması, Şəhərsalma, Mənzil təminatı və Şəhər siyasəti Nazirliyinin dövlət katibi Adib Benbrahimlə görüşümüz baş tutdu. Ölkələr arasında daha effektiv əməkdaşlıq qurmaq üçün müştərək layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə etdik.

Həmçinin həmkarımızı 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda iştirak etməyə dəvət etdik”, - A.Quliyev bildirib.

Son xəbərlər

Orphus sistemi