MDB PA Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilərini göndərəcək

MDB PA Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilərini göndərəcək Milli Məclisin sədri MDB PA Şurasının sədrinə müşahidə prosesində iştirak etmək dəvəti göndərib
Xarici siyasət
13 Fevral , 2018 11:21
MDB PA Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilərini göndərəcək

Bakı. 13 fevral. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının sədri Valentin Matviyenkoya Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq və seçkilərin gedişatını müşahidə etmək üçün MDB PA-nın müşahidəçilər qrupu göndərməsi ilə bağlı dəvət göndərib.

"Report" MDB PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Oqtay Əsədov məktubda Azərbaycanın MDB Parlamentlərarası Assambleyası ilə hərtərəfli əlaqələrin, seçkilərin və referendumun müşahidə edilməsi sahəsində əlaqələrin inkişafı və dərinləşməsinə böyük önəm verdiyini xüsusi vurğulayıb.

PA-nın məlumatında Azərbaycana MDB PA-ya üzv olan ölkələrin parlamentarilərindən, eləcə də MDB PA Katibliyinin və MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) əməkdaşlarından ibarət müşahidəçi qrupu göndərəcəyi də əksini tapıb.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi