Yuxarı
    Bağlamaq

    MDB ölkələrinin səfirləri Bakıda Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər

    Həmçinin Ölümsüz alay aksiyası keçirilib

    Bakı. 9 may. REPORT.AZ/ MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Bakıda Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər.

    "Report" xəbər verir ki, MDB ölkələrinin diplomatları Bakıda Hərbi şərəf Memorialına gül çələngi qoyub.

    Memorialın yanında həmçinin "Ölməz alay" aksiyası keçirilib. Bütün aksiya iştirakçılarına rəmzi lentlər paylanıb. 

    Qeyd edək ki, "Ölməz alay" Rusiyada və bir sıra MDB ölkələrində Qələbə Günü keçirilən beynəlxalq ictimai aksiyadır. 

    Aksiya iştirakçıları Böyük Vətən müharibəsində iştirak etmiş, faşizmə qarşı vuruşmuş qohumlarının foto və ya portretlərini nümayiş etdirirlər. 

    Həmçinin, MDB ölkələri səfirləri ümummilli lider Heydər Əliyevin məzarını da ziyarət ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi