​MDB ölkələrinin daimi nümayəndələr Şurası iyunun 16-da Minskdə toplaşacaq

​MDB ölkələrinin daimi nümayəndələr Şurası iyunun 16-da Minskdə toplaşacaq Görüşdə qəbul olunmuş sənədlərin reallaşdırılması üzrə vəzifələri müzakirə olunacaq
Xarici siyasət
6 İyun , 2015 04:59
​MDB ölkələrinin daimi nümayəndələr Şurası iyunun 16-da Minskdə toplaşacaq

Bakı. 06 İyun. REPORT.AZ/ MDB-yə üzv dövlətlərin Birliyin nizamnamə və digər orqanlarında daimi səlahiyyətli nümayəndələri Şurasının növbəti iclası iyunun 16-da Minskdə keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Görüşdə MDB hökumət rəhbərləri Şurasının 29 may 2015-ci il tarixində Qazaxıstanda baş tutan iclasının yekunları, həmçinin daimi səlahiyyətli nümayəndələr Şurası və MDB İcraiyyə Komitəsinin qəbul olunmuş sənədlərin reallaşdırılması üzrə vəzifələri müzakirə olunacaq.

Bundan əlavə, Şura üzvlərinə MDB-nin xarici işlər nazirləri və dövlət başçıları şuralarının növbəti iclaslarının gündəliklərinin layihələrinə dair təkliflər təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi