Malayziya ilə Azərbaycan arasında qarşılıqlı səfərlər ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək

Malayziya ilə Azərbaycan arasında qarşılıqlı səfərlər ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək Kuala-Lumpurda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etmək imkanını səbirsizliklə gözləyirlər.
Xarici siyasət
18 aprel 2025 15:13
 Malayziya ilə Azərbaycan arasında qarşılıqlı səfərlər ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək

Kuala-Lumpurda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etmək imkanını səbirsizliklə gözləyirlər.

Bunu “Report”a müsahibəsində Malayziyanın xarici işlər nazirinin müavini Datuk Mohamad Alamin bildirib.

Nazir müavini qeyd edib ki, Malayziya həmişə ölkələr arasında yüksək səviyyəli səfərlərin keçirilməsi imkanını dəstəkləyir:

"Mən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova Malayziya XİN başçısının Kuala-Lumpura səfər dəvətini gətirmişəm. Biz Azərbaycanın xarici işlər nazirini ölkəmizdə qəbul etməyi səbirsizliklə gözləyirik. Çünki bu cür səfərlər ümumi siyasi iradəmizi əməkdaşlıq üzrə real fəaliyyətlərə çevirmək üçün mühüm əhəmiyyət kəsb edir”.

Onun sözlərinə görə, qarşılıqlı səfərlər Malayziya ilə Azərbaycan arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək və əməkdaşlığı dərinləşdirəcək.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi