Bakı. 16 iyun. REPORT.AZ/ "Səfərimizin məqsədlərindən Bakıda keçirilən I Avropa Oyunları ilə tanış olmaq, bu sahədə Azərbaycanın təcrübəsini daha yaxından öyrənməkdir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Macarıstan Parlamentinin sədri, hakim FİDES partiyasının liderlərindən olan Laslo Köver deyib.
O, Bakıda olduğu günlərdə macar idmançılarının iştirak etdiyi yarışları izləyəcəyini, habelə Macarıstan milli komandasının üzvləri ilə ayrıca görüş keçirəcəyini deyib.
Macarıstan parlamentinin sədri, həmçinin Avropa Oyunlarının təşkili üçün Azərbaycan hökumətinə təşəkkür edib.
Xatırladaq ki, Laslo Köverin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana səfərə gəlib. İşgüzar xarakter daşıyan səfər zamanı
Macarıstan parlamenti sədrinin Bakıya səfəri iyunun 21-nə qədər davam edəcək.