Macarıstan Ceyrançöl ərazisində partlamamış hərbi sursatların təmizlənməsi üçün Azərbaycana 100 000 avro ayırıb

Macarıstan Ceyrançöl ərazisində partlamamış hərbi sursatların təmizlənməsi üçün Azərbaycana 100 000 avro ayırıb Vəsait NATO-nun Dəstək Agentliyinin hesabına köçürülüb
Xarici siyasət
28 Aprel , 2017 11:00
Macarıstan Ceyrançöl ərazisində partlamamış hərbi sursatların təmizlənməsi üçün Azərbaycana 100 000 avro ayırıb

Bakı. 28 aprel. REPORT.AZ/ Macarıstan hökuməti Azərbaycanın Ceyrançöl ərazisində partlamamış hərbi sursatların təmizlənməsi üçün Sülh Naminə Tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərən Etimad Fondu layihəsinə 100 000 avro məbləğində vəsait köçürüb.

Macarıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, vəsait NATO-nun Dəstək Agentliyinin hesabına köçürülüb.

NATO qərargahında keçirilən Əməkdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin iclasında Ceyrançöl lahiyəsinin üçüncü mərhələsinin aparıcı ölkəsi kimi Türkiyə və qəbul edən ölkə olaraq Azərbaycan Macarıstan hökumətinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Macarıstan səfirliyi hazırda NATO-nun Azərbaycandakı əlaqələndirici nümayəndəsi funksiyasını daşıyır.

Son xəbərlər

Orphus sistemi