Leyla Abdullayeva Türkiyənin Parisdəki səfirinə zəlzələdə həyatını itirənlərlə bağlı başsağlığı verib
- 07 fevral, 2023
- 16:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisdəki səfiri Əli Onanerlə görüşüb, zəlzələdə həyatını itirənlərlə bağlı başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə o, tviterdə paylaşım edib.
“Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı həmrəyliyimizi ifadə etmək, Türkiyə xalqına başsağlığı bildirmək üçün Parisdəki Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan həmkarlar ilə birgə Türkiyə Səfirliyini ziyarət etdik, Səfir Əli Onanerlə səmimi fikir mübadiləsi apardıq", - paylaşımda deyilir.
Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı həmrəyliyimizi ifadə etmək, Türkiyə xalqına başsağlığı bildirmək üçün Parisdəki həmkarlar ilə birgə Səfirliyini ziyarət etdik, Səfir @AliOnaner ilə səmimi fikir mübadiləsi apardıq.
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) February 7, 2023
Başın sağ olsun kardeş #Türkiye! pic.twitter.com/EzV23uZxpn