Bakı. 13 dekabr. REPORT.AZ/ Vladimir Putin
“Report” xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.
"Sizə Vladimir Vladimiroviç Putinin ən xoş arzularını və salamlarını çatdırıram. O, Sizin strateji tərəfdaşlığımızı irəli aparmağa imkan verən şəxsi münasibətinizi yüksək qiymətləndirir. Artıq hesabladığımız kimi, sizin bu il altı dəfə keçirilən görüşləriniz, son görüşləriniz, o cümlədən qarşılıqlı səfərlər zamanı əldə olunan razılaşmalar yerinə yetirilir. Hökumətlərarası Komissiyanın sabahkı iclası da yəqin ki, sizin razılaşdırdığınız istiqamətlər – ticarətin asanlaşdırılması, büdcə-vergi sahəsinin rəqəmsallaşdırılması, nəqliyyat sahəsində əməkdaşlıq, birgə müəssisələrin yaradılması, Siz qeyd etdiyiniz kimi, humanitar əlaqələr, ən müxtəlif sahələr, o cümlədən bizim əməkdaşlığımızın vacib sahəsi olan Rusiya və Azərbaycanın regionları arasındakı qarşılıqlı fəaliyyətə təkan verəcək. Biz Azərbaycanla beynəlxalq arenada,