“Hər bir ölkənin qurucu lideri var və Azərbaycan üçün o, ümummilli lider Heydər Əliyevdir”.
“Report” xəbər verir ki, bunu Latviyanın sabiq Prezidenti Valdis Zatlers deyib.
“İnsanlara öz baxışı olan, xalqın etibar etdiyi və dəstəklədiyi lider lazımdır. Heydər Əliyev də məhz belə nümunələrdən biridir”, - o vurğulayıb.
Azərbaycanın paytaxtında keçirilən X Qlobal Bakı Forumundan danışan Latviyanın eks-prezidenti bildirib ki, tədbir zamanı müzakirə olunan mövzuları nəzərə alsaq, onun əhəmiyyətinin ildən-ilə artdığını söyləyə bilərik: “Birinci panel sessiyası zamanı zal dolu idi. Bu da hər kəsin bu foruma və müzakirə olunan aktual mövzulara maraq göstərməsi deməkdir. Yəni bu forumun xüsusi yeri var”.
Xatırladaq ki, bu gün Azərbaycanın paytaxtında “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.