Kupman: Avrokomissiya COP29 çərçivəsində Azərbaycana kömək etmək niyyətindədir

Kupman: Avrokomissiya COP29 çərçivəsində Azərbaycana kömək etmək niyyətindədir Avropa Komissiyası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana kömək etmək niyyətindədir.
Xarici siyasət
3 May , 2024 13:41
Kupman: Avrokomissiya COP29 çərçivəsində Azərbaycana kömək etmək niyyətindədir

Avropa Komissiyası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana kömək etmək niyyətindədir.

Bunu "Report"a müsahibəsində Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) deyib.

O qeyd edib ki, bu gün Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə görüşərək COP29-u müzakirə edəcək:

"Biz elə bu gün COP29-u da müzakirə edəcəyik, günortadan sonra COP sədri olan nazirinizlə görüşəcəyik. Hazırda təfərrüatları açıqlaya bilmərəm, lakin mütləq COP29 çərçivəsində Azərbaycana kömək təklif edəcəyik. Hesab edirik ki, COP Azərbaycan üçün böyük nailiyyətdir, bu, bərpa olunan enerji, enerji səmərəliliyi, iqlim dəyişikliyi ilə mübarizə sahəsində gördüyünüz işlərin etirafıdır. Biz bunu açıq və çox güclü şəkildə dəstəkləmək istəyirik".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi