Kubanıçbek Ömüralıyev İlham Əliyevə: Ümumi qardaşlıq naminə göstərdiyiniz səyləri yüksək qiymətləndiririk

Xarici siyasət
  • 15 sentyabr, 2026
  • 16:35
Kubanıçbek Ömüralıyev İlham Əliyevə: Ümumi qardaşlıq naminə göstərdiyiniz səyləri yüksək qiymətləndiririk

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevin ümumi qardaşlıq naminə göstərdiyi səyləri yüksək qiymətləndirib.

"Report" xəbər verir ki, Baş katib bu barədə sentyabrın 15-də Azərbaycan Prezidentinin qəbulunda olarkən deyib.

Kubanıçbek Ömüralıyev bildirib:

"Biz Sizin ümumi qardaşlıq naminə göstərdiyiniz səyləri yüksək qiymətləndiririk və Siz bunu bu gün bir daha göstərdiniz.

Dünən də Türk dünyasının dini liderlərinin 7-ci görüşünü keçirdik. Əlbəttə ki, sonrakı beynəlxalq konfrans Bakının beynəlxalq aləmin paytaxtına necə çevrilməsini nümayiş etdirir.

Həmin Qələbədən sonra təkcə Azərbaycan xalqı deyil, həmçinin bütün dünyada yaşayan azərbaycanlılar Sizin liderlik keyfiyyətlərinizdən fərəhlənir".

44 filmi