Korsikada şəhər meri: "Müstəmləkə siyasətinə qarşı mübarizəni yeni formada davam etdirməliyik"
- 20 oktyabr, 2023
- 08:46
Yeniliklərdən dərhal xəbərdar olun!
"Artıq vaxt yetişib, müstəmləkə siyasətinə qarşı mübarizəni yeni formada davam etdirməliyik".
"Report" xəbər verir ki, bunu Korsikada şəhər meri Jean - Marc Rodrigez Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Sakit okean xalqları müstəmləkə siyasətinə qarşı mübarizə aparır: "Artıq vaxt yetişib, müstəmləkə siyasətinə qarşı mübarizə və siyasətimizi yeni formada davam etdirməliyik. Bu məsələlər beynəlxalq hüquq çərçivəsində müzakirə olunacaq".
Natiqin sözlərinə görə, bəzi dairələr dialoq mühitini darmadağın edir: "Bu davranışlar artıq təhlükəli xarakter alıb. Bu, dövlətlərin öz taleyini həll etməsinə mane olur".