Jose Ramos-Horta: Bakı və İrəvan arasında tarixi sülh zamanında əldə edilib
- 12 mart, 2026
- 11:07
Azərbaycanla Ermənistan arasında tarixi sülh son dərəcə zamanında əldə edilib.
"Report" xəbər verir ki, bunu Şərqi Timorun Prezidenti Jose Ramos-Horta XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
"Prezident İlham Əliyevə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə bizi yenidən Bakıya dəvət etdikləri üçün təşəkkür etmək istəyirəm. Prezident İlham Əliyevi 2026-cı ildə "Zayed İnsan Qardaşlığı" mükafatına layiq görülməsi münasibətilə də təbrik etmək istəyirəm. Bu, onun Ermənistanla çoxillik münaqişəyə son qoyulmasında nümayiş etdirdiyi liderliyin layiqincə tanınmasıdır. Mən Ermənistanın Baş naziri Nikol Paşinyanı da təbrik edirəm. Azərbaycanla Ermənistan arasında tarixi sülh bütün dünyada sülh tərəfdarı olan liderlərin açıq-aşkar çatışmazlığının hiss olunduğu bir vaxtda əldə edildi", - o bildirib.