Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.
“Report”un xəbərinə görə, Forum çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” mövzusunda ilk panel iclası keçirilir.
Latviya Prezidenti Egils Levitsin moderatorluğu ilə keçirilən toplantıda Slovakiyanın 2010-2012-ci illərdə Baş naziri İveta Radiçova, Norveçin 1997-2000 və 2001- 2005-ci illərdə Baş naziri Kyell Magne Bondevik, Robert F. Kennedy İnsan Haqları mərkəzinin Prezidenti Kerri Kennedi, İsveç Konfederasiyasının 2007- 2011-ci illərdə Prezidenti Mişelin Kalmi-Rey, Ukraynanın 2005-2010-cu illərdə Prezidenti Viktor Yuşşenko, NGBM-in həmsədri, 1999-2007- ci illərdə Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqa çıxış edəcəklər.