İtaliya səfirliyi Azərbaycanda matəm günü ilə əlaqədar bayrağı endirib

İtaliya səfirliyi Azərbaycanda matəm günü ilə əlaqədar bayrağı endirib İtaliyanın Bakıdakı səfirliyi Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə Azərbaycanda matəm günü ilə əlaqədar bayrağı yarıya endirib.
Xarici siyasət
26 Dekabr , 2024 17:31
İtaliya səfirliyi Azərbaycanda matəm günü ilə əlaqədar bayrağı endirib

İtaliyanın Bakıdakı səfirliyi Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə Azərbaycanda matəm günü ilə əlaqədar bayrağı yarıya endirib.

“Report” xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Azərbaycan xalqı ilə həmrəylik əlaməti olaraq İtaliya səfirliyi bayraqları yarıya endirib. Düşüncələrimiz faciəli təyyarə qəzasının qurbanları və zərərçəkənlərin ailələri ilədir", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi