İstanbulda beynəlxalq konfransda Fransanın müstəmləkəçilik siyasətinin ağır fəsadlarından danışılıb - YENİLƏNİB

İstanbulda beynəlxalq konfransda Fransanın müstəmləkəçilik siyasətinin ağır fəsadlarından danışılıb - YENİLƏNİB Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə fevralın 24-də İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda beynəlxalq konfrans başlayıb.
Xarici siyasət
24 Fevral , 2024 14:55
İstanbulda beynəlxalq konfransda Fransanın müstəmləkəçilik siyasətinin ağır fəsadlarından danışılıb - YENİLƏNİB

İstanbulda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans keçirilir.

“Report”un Türkiyə bürosu xəbər verir ki, tədbirin açılışında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov çıxış edərək deyib ki, ötən ilin son dörd ayı ərzində bu qurum tərəfindən beş beynəlxalq konfrans keçirilib.

Bildirilib ki, bu tədbirlərin əsas məqsədi müstəmləkəçilikdəm zərərçəkən bölgələrdə yaşayanların səslərini dünya ictimaiyyətinə çatdırmaqdır. Bakı Təşəbbüs Qrupu buna nail olub və müstəmləkə zülmündən əziyyət çəkən insanlar yaradılan platformalar vasitəsilə etirazlarını beynəlxalq aləmə çatdırırlar. Nəticədə dünya ictimaiyyəti bu regionlarda baş verənlərdən, fransız müstəmləkəçilik siyasətinin ağır fəsadlarından xəbərdar olur.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dekolonizasiya üzrə Xüsusi komitəsinin müstəqil eksperti Carlyle G.Corbin bildirib ki, Fransa müstəmləkəçilik siyasətini aktiv şəkildə 1960-cı illərə qədər davam etdirib, dekolonizasiya prosesi müstəmləkələrə, tam müstəqillik və suverenliyin verilməsini, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmət və anlaşmanı təşviq etdiyinə görə, Fransa bu prosesin aktivləşməsini istəmir. Odur ki, proses 1990-cı illərə qədər aktiv şəkildə davam etsə də, 90-cı illərin sonlarına doğru səngiyib.

Ekspert bu prosesi yenidən aktivləşdirdiyi üçün Azərbaycana və bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupuna təşəkkürünü ifadə edib: “Müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb və azadlıqların məhdudlaşdırılması ilə dünyanın müxtəlif bölgələrində davam edib. Hazırda dünyada hələ də bu təzyiqlərə məruz qalan ölkələr var. Müəyyən mərhələlərdə bəzi toplumlarda müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində hərəkatlar baş qaldırsa da, bu ölkələr azadlıqdan çox uzaqda qalıblar. Hazırda dünya üzrə BMT prinsiplərindən kənarda qalan 17 kolonizə edilmiş ada var və Azərbaycan tərəfindən təşkil edilən bu kimi tədbirlər buralarda yaşayan insanlar üçün olduqca vacibdir”.

Tədbirdə Bakı Təşəbbüs Qrupunun gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub.

Beynəlxalq tədbir Fransa hökuməti tərəfindən yaradılan süni hüquqi maneələr, intibah dövrünün dekolonizasiyası, etnik və mədəni ayrı-seçkilik, siyasi qeyri-sabitlik və münaqişələr, repressiya/əsassız həbslər, sosial və iqtisadi problemlər, müstəqil medianın təqibi, təhlükəsizlik problemləri (insan, sağlamlıq, ətraf mühit, kibertəhlükəsizlik), miqrasiya və emiqrasiya, əcnəbilər, təhlükəsizlik və müdafiə (hərbi) məsələləri, milli resurs və mülkiyyət, beynəlxalq tanınma (insan hüquqları və ədalət), vətəndaşlıq məsələləri və milliyyət, qanunvericilik və qaydalar mövzulu panel iclaslarla davam etdirilir.

Ardınca acıq müzakirələr və sual-cavab sessiyası olacaq. Bundan sonra Bakı Təşəbbüs Qrupunun icraci direktoru Abbas Abbasov yekun nitqlə çıxış edəcək.

Xatırladaq ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.

Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.

Bakı Təşəbbüs Qrupu hazırda İstanbulda keçirilən beynəlxalq konfrans da daxil indiyədək dünyada 6 belə konfrans təşkil edib.

11:55

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə fevralın 24-də İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda beynəlxalq konfrans başlayıb.

"Report"un Türkiyə bürosunun məlumatına görə, əsas məqsəd müstəmləkəçilikdən zərər görən bölgələrin səslərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.

Beynəlxalq tədbirdə dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndə iştirak edir.

Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı Fransanın müstəmləkələri olan dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, digər bütün maraqlı tərəflər rəsmi Parisin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair faktlarla İstanbuldan bütün dünyaya səslənəcək.

Panellərdə Fransa hökuməti tərəfindən yaradılan süni hüquqi maneələr, o cümlədən, sərhəd, təhlükəsizlik və müdafiə məsələləri, milli resurs və mülkiyyət, beynəlxalq tanınma (insan hüquqları və ədalət), vətəndaşlıq, milliyyət, qanunvericilik və qaydalar, həmçinin iqtisadi islahatlar müzakirə ediləcək.

Ardınca acıq müzakirələr və sual-cavab sessiyası olacaq. Bundan sonra Bakı Təşəbbüs Qrupunun icraci direktoru Abbas Abbasov yekun nitqlə çıxış edəcək.

Digər panellər isə etnik və mədəni ayrı-seçkiliyə həsr olunacaq. Paneldə siyasi qeyri-sabitlik və münaqişələr, repressiya/əsassız həbslər, siyasi tarix, sosial və İqtisadi problemlər, müstəqil medianın təqibi, təhlükəsizlik problemləri (insan, sağlamlıq, ətraf mühit, kiber təhlükəsizlik), immiqrasiya və emiqrasiya, əcnəbilər mövzularına toxunulacaq.

Xatırladaq ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.

Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.

Bakı Təşəbbüs Qrupu indiyədək dünyada 6 belə konfrans təşkil edib.

Son xəbərlər

Orphus sistemi