İraq nümayəndəsi: Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qətliamları dilə gətirmək üçün birləşməliyik

İraq nümayəndəsi: Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qətliamları dilə gətirmək üçün birləşməliyik Ermənilərin Qərbi Azərbaycanda etdikləri qətliamları dilə gətirmək üçün hamımız birləşməliyik.
Xarici siyasət
5 Dekabr , 2024 15:31
İraq nümayəndəsi: Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qətliamları dilə gətirmək üçün birləşməliyik

Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qətliamları dilə gətirmək üçün hamı birləşməlidir.

"Report" xəbər verir ki, bunu İraqın Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədri Ərşad Salehi Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın "Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması" adlı panel sessiyada deyib.

Onun sözlərinə görə, bugünkü toplantı sadəcə Türk dünyası yox, bütün dünya üçün önəmlidir: "Hamımız bir torpağın övladlarıyıq. İnsanlarımız, torpağımız hədəfdir. Bu insanlar niyə hədəf olub? Hədəf Türk dünyası, türk torpağıdır".

İraq nümayəndəsi qeyd edib ki, bütün bunlar böyük qüvvələrin planlarıdır.

"Beynəlxalq hüquq var?! Özüm hüquq komitəsinin sədriyəm. Hələ hüquqların müdafiə edilməsini görməmişəm. Bu gün Qərbi azərbaycanlıların deportasiyasına niyə hamı susur? Beynəlxalq hüquqda ədalət yoxdur.

Ermənilərin xüsusilə Qərbi Azərbaycanda törətdikləri qətliamları dilə gətirmək üçün bir yerdə olmalıyıq. Səsimiz zəif olsa, nəticə olmayacaq. Türk dövlətləri bir əl, bir hədəf olmasa, bizə hörmət edilməz. Qətliamları, soyqırımıları daha aktiv dilə gətirmək üçün hamımız birləşməliyik".

Son xəbərlər

Orphus sistemi