İranlı nazir: Dünya xalqlarının fərqliliklərini qəbul etmək sülh şəraitində yaşamağımız üçün çox vacibdir

İranlı nazir: Dünya xalqlarının fərqliliklərini qəbul etmək sülh şəraitində yaşamağımız üçün çox vacibdir Bugünkü tədbir mədəniyyətlərarası dialoqun gücləndirilməsinə xidmət edir. Bizim dünya xalqlarının fərqliliklərini qəbul etməyimiz sülh şəraitində yaşamağımız üçün çox vacibdir.
Xarici siyasət
1 May , 2024 15:53
İranlı nazir: Dünya xalqlarının fərqliliklərini qəbul etmək sülh şəraitində yaşamağımız üçün çox vacibdir

Bugünkü tədbir mədəniyyətlərarası dialoqun gücləndirilməsinə xidmət edir. Bizim dünya xalqlarının fərqliliklərini qəbul etməyimiz sülh şəraitində yaşamağımız üçün çox vacibdir.

“Report” xəbər verir ki, bunu İranın mədəniyyət və irşad naziri Məhəmməd Mehdi İsmaili mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan Nazirlərin 5-ci görüşündə deyib.

O qeyd edib ki, beynəlxalq təşkilatların rolu sülh və əmin-amanlığın qorunmasında vacibdir: "Burada BMT və digər beynəlxalq təşkilatlar dünyada vacib məsələlərin həlləri ilə məşğul olmalıdırlar. Bütün ölkələrin məsuliyyətidir ki, Qəzzadakı vəziyyətə biganə qalmasınlar".

Nazir vurğulayıb ki, İran həmişə fərqli mədəniyyətləri nəzərə alır: "Bütün insanlar bərabər hüquqa malikdir. Bu dəyərli təcrübələr bütün ölkələrdə, xüsusilə müsəlman ölkələrində nəzərdə saxlanmalıdır".

Son xəbərlər

Orphus sistemi