XİN: "Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər"

XİN: "Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər" "Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü çərçivəsində görüşə bilər".
Xarici siyasət
22 Noyabr , 2021 14:07
XİN: Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər
Səid Xətibzadə

"Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü çərçivəsində görüşə bilər".

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib.

O, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinin mühüm olduğunu və konstruktiv keçdiyini də vurğulayıb.

Qeyd edək ki, Ş.Mustafayev noyabrın 21-də İranda səfərdə olub, bu ölkənin xarici işlər naziri Hüseyn Əmirabullahianla görüşüb.

Xatırladaq ki, noyabrın 28-də Aşqabadda ECO-nun Zirvə görüşü keçiriləcək. Təşkilatda Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızı Respublikası, Pakistan, Özbəkistan, Tacikistan, Türkmənistan təmsil olunur.

Son xəbərlər

Orphus sistemi