İqamətgahı Ankarada olan Somalinin Azərbaycandakı səfiri əməkdaşlıq məsələlərini müzakirə üçün Bakıya səfər edib

İqamətgahı Ankarada olan Somalinin Azərbaycandakı səfiri əməkdaşlıq məsələlərini müzakirə üçün Bakıya səfər edib Somali Federativ Respublikasının Türkiyənin paytaxtı Ankarada iqamət edən Azərbaycan üzrə qeyri-rezident səfiri Fathudin Ali Mohamed bu gün Bakıya səfər edib.
Xarici siyasət
2 Dekabr , 2024 15:51
İqamətgahı Ankarada olan Somalinin Azərbaycandakı səfiri əməkdaşlıq məsələlərini müzakirə üçün Bakıya səfər edib

Somali Federativ Respublikasının iqamətgahı Türkiyənin paytaxtı Ankarada olan Azərbaycan üzrə qeyri-rezident səfiri Fathudin Ali Mohamed bu gün Bakıya səfər edib.

Bu barədə "Report"un Ankara bürosuna səfir özü məlumat verib.

Diplomatın sözlərinə görə, səfərin məqsədi Somali ilə Azərbaycan arasında təhsil, enerji ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

Azərbaycan ilə Somali arasında təhsil sahəsində mübadilə məsələsinə toxunan səfir deyib ki, keçmiş Sovet İttifaqı (SSRİ) zamanında Somalidən olan tələbələr Azərbaycanda təhsil alıb və bundan uğurlu nəticələr əldə olunub:

“Təəssüf ki, SSRİ dağıldıqdan sonra tələbə mübadiləsi dayanıb və mən Azərbaycanın elm və təhsil naziri ilə görüşdə bu məsələni yenidən gündəmə gətirəcəyəm. İnanıram ki, tezliklə Azərbaycan tələbələri Somalidə, Somalidən olan tələbələr isə Azərbaycanda təhsil almağa başlayacaqlar”.

Azərbaycanın neft və qazla zəngin ölkə olduğunu vurğulayan diplomat enerji sahəsində də iki ölkə arasında əməkdaşlığın önəminə diqqət çəkib:

“Bu yaxınlarda Somalidə neft yataqları kəşf edildi. Bu sahədəki əməkdaşlığın da ölkələrimiz üçün faydalı olacağını düşünürəm”.

Qeyd edək ki, Somali Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamed öz etimadnaməsini dövlət başçısı İlham Əliyevə noyabrın 1-də təqdim edib.

Son xəbərlər

Orphus sistemi