İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb
Xarici siyasət
- 13 fevral, 2026
- 16:49
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.
"Report" xəbər verir ki, söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin Prezidenti İlham Əliyevlə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirildi.
Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.
Dövlət başçısı Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul edib.
Son xəbərlər
06:10
Bu gün 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Elm və təhsil05:48
Tramp neftin qiymət artımını təhlükəsizlik üçün kiçik ödəniş adlandırıb
Digər ölkələr05:22
SEPAH İsrail və ABŞ-nin Yaxın Şərqdəki bazalarına raket hücumunu açıqlayıb
Region04:59
Meteorit parçaları Almaniyada binalara ziyan vurub
Digər ölkələr04:23
Foto
ABŞ-də fəaliyyət göstərən azərbaycanlı qadınlar forum keçirib
Diaspor04:03
"Brent" neftin qiyməti ötən ilin avqustundan ilk dəfə 102 dolları keçib
Energetika03:34
SEPAH Müctəba Xameneiyə sədaqət andı içib
Region03:07
Bəhreyn İrandan atılan 95 raket və 164 dronu zərərsizləşdirib
Digər ölkələr02:45